İranlı vəkillər Qutterişə məktub göndəriblər

   İranlı vəkillər Qutterişə məktub göndəriblər
  30 May 2023    Oxunub:734
İranın 6 tanınmış hüquqşünası və insan haqları vəkili BMT-nin Baş katibi Antonio Quterreşə məktub ünvünlyaraq İranda edamların sayı, xüsusilə də son ümummilli etiraz aksiyaları və “Qadınlar, Həyat, Azadlıq” hərəkatından sonra İran hökumətinin bu cəza növünün dramatik şəkildə artırması ilə bağlı xəbərdarlıq ediblər.
AzVision.az xəbər verir ki, Şirin Əbadi, Mehrəngiz Kar, Qasım Şolə Sədi, Məhəmməd Övliyayifərd, Hüseyn Rəisi və Səid Dehqan imazaldıqları məktubda İran hökumətinin cinayətkar siyasətinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin təsirli tədbirlər görmədiyi qeyd olunur.

İran kimi hökumətlər dövlət suverenliyi prinsipindən sui-istifadə edərək, beynəlxalq ictimaiyyət qarşısında cavab verməkdən çəkinmədən kütləvi edamlar həyata keçirirlər. Məhz mövcud qanun və qaydaların səmərəsizliyi üzündən beynəlxalq birlik onun qarşısını almaq üçün bu qeyri-insani hərəkətlərə görə qınaq və ikrah elan etməkdən başqa heç bir təsirli tədbir görə bilmir. İnsan hüquqları məsələsi “ümumbəşəri” məsələdir və BMT-nin Nizamnaməsinə üzv dövlətlərin insan hüquqlarının, xüsusilə də ən fundamental insan hüququ kimi yaşamaq hüququnun qorunması və qlobal arenada pozulmasının qarşısının alınması istiqamətində müəyyən vəzifə və öhdəlikləri var” - məktubda deyilir.

Antonio Qutterişə göndərdikləri məktubda vəkillər mövcud qaydalara düzəlişlər olunması və ya yeni beynəlxalq qanunların işlənib hazırlanması ilə bağlı təkliflər verərək, mövcud qanunlarda mümkün dəyişikliklərin obyektiv və real icra təminatları tələbini qoyacağını vurğulayıblar.


AzVision.az


Teqlər: BMT   İran  





Xəbər lenti