"Bu həftə işçi qrupun iclası keçiriləcək" - Qriqoryan

   "Bu həftə işçi qrupun iclası keçiriləcək" -    Qriqoryan
  30 May 2023    Oxunub:785
"Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyaları üzrə üçtərəfli işçi qrupunun görüşü bu həftə baş tutacaq, tarix dəqiqləşdirilir".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib. Onun sözlərinə görə, işçi qrupun işi nəqliyyat kommunikasiyaları ilə bağlıdır, söhbət dövlət sərhədinin delimitasiyasından getmir.
Qriqoryan Zəngəzur dəhlizindən danışdı: "Dəmir yolunun bərpası 3 il çəkəcək"


Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşdə bildirmişdi ki, Moskvada üçtərəfli danışıqlardan sonra baş nazirin müavinləri görüşəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti