İlham Əliyev: "İsrailin müasir müdafiə sənayesi avadanlıqları bizə kömək edir"

      İlham Əliyev:    "İsrailin müasir müdafiə sənayesi avadanlıqları bizə kömək edir"
  30 May 2023    Oxunub:1035
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında ölkəmizin üzləşdiyi təhdidlərdən danışıb.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı bu baxımdan müdafiə sənayesi sahəsində Azərbaycanla İsrail arasında çoxillik əməkdaşlığı məmnunluqla qeyd edib.

Prezident: “Yəhudi icması ölkəmiz üçün böyük sərvətdir”
“Azərbaycan uzun illərdir bu sahədə müasir İsrail avadanlıqlarından istifadə edir. Bu isə bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir, dövlətçiliyimizi, dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü qorumağa imkan verir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti