Prezident: “Yəhudi icması ölkəmiz üçün böyük sərvətdir”

      Prezident:    “Yəhudi icması ölkəmiz üçün böyük sərvətdir”
  30 May 2023    Oxunub:1094
“Bu gün biz, həmçinin ölkələrimiz arasında qarşılıqlı turist axını səviyyəsinin artırılması imkanlarını da müzakirə etdik. Hazırda (ölkələrimiz arasında – red.) həftədə cəmi 4 reys yerinə yetirilir. Fikrimcə, bu, kifayət deyil. Nümayəndə heyətlərimizin üzvlərinə uçuşların sayını yalnız mövsümi əsasda deyil, həm də daimi əsasda artırmaq üçün müvafiq göstərişlər verilib”.
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında söyləyib.

"İsraillə Azərbaycan arasında tərəfdaşlıq bir çox sahələrin də təməl nöqtəsidir"
Həmçinin İsraildən daha çox turist dəvət etmək üçün orada mövcud olan təqdimat imkanlarının araşdırılması və Azərbaycandakı yəhudi icmasının çoxəsrlik həyatı haqqında ətraflı məlumat təqdim edilməsi (İsrail vətəndaşlarına – red.) barədə göstəriş verildiyini bildirən dövlətimizin başçısı bunun (Yəhudi icması - red.) ölkəmiz üçün böyük sərvət olduğunu deyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti