Kibertəhlükəsizlik sahəsində İsrail ilə fəal qarşılıqlı ünsiyyətə start verilib

   Kibertəhlükəsizlik sahəsində İsrail ilə fəal qarşılıqlı ünsiyyətə start verilib
  30 May 2023    Oxunub:1271
“Bu yaxınlarda əməkdaşlığımızı genişləndirməyə başladığımız sahələrdən biri də kibertəhlükəsizlik sahəsidir. Biz çox şadıq ki, hazırda bu sahədə çox fəal qarşılıqlı ünsiyyətə start verilib”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da İsrail Prezidenti İsxak Hersoq ilə birlikdə mətbuata bəyanatında deyib.

"İsraillə Azərbaycan arasında tərəfdaşlıq bir çox sahələrin də təməl nöqtəsidir"
Kibertəhlükəsizliyin hər bir ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Şübhəsiz ki, İsrail şirkətlərinin bu sahədə topladıqları böyük təcrübə bizim üçün də faydalı olacaqdır. Gənc nəslin nümayəndələrinə təlimlərin keçirilməsi və təhsil verilməsi məqsədlərimizə nail olmaq və bizi mövcud təhdidlərdən qorumaq üçün əsas amil olacaqdır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti