Emin Həsənli MHP-nin mərkəzi qərargahında olub və AKP-nin sədr müavini ilə görüşüb

Emin Həsənli MHP-nin mərkəzi qərargahında olub və AKP-nin sədr müavini ilə görüşüb
  30 May 2023    Oxunub:1316
“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Türkiyə Milliyətçi Hərəkat Partiyasının mərkəzi qərargahında başqan müavinləri millət vəkili Kamil Aydın və İsmail Faruk Aksu ilə görüşüb.
Emin Həsənli Türkiyə Müharib Qazilər Birliynin sədri Bəyazid Yumukla birlikdə MHP-də keçirdiyi görüşlər zamanı Kamil Aydın Türkiyənin haqlı davasının Azərbaycanın, Azərbaycanın haqlı davasının da Türkiyənin haqlı davası olduğunu xüsusi vurğulayıb. Millət vəkili olaraq Kamil Aydın Azərbaycan və Türkiyə parlamentarilərinin beynəlxalq təşkilatlarda birlikdə hərəkət etdiklərini də yada salıb.

Kamil Aydın hələ tələbəlik illərində Londonda Xocalı soyqırımı ilə bağlı aksiyalar təçkil etdiyini də xatırladıb. Hər sahədə olduğu kimi Türkiyə və Azərbaycanın hərbi yönümlü təçkilatlarının birgə fəaliyyətinin çox gərəkli olduğunu bildirən MHP rəsmisi yada salıb ki, Emin Həsənlinin təşkilatçılığı ilə Türkiyədə səfərdə olan qazilər, təşkilat mənsubları partiyada onlara isti münasibət olub. Təsadüfi deyil ki, həm partiya başqanı Dövlət Baxçalı, həm də onun yardımçıları Azərbaycandan gələn bu nümayəndə heyətləri ilə görüşə çox böyük önəm verir.

Emin Həsənli də öz növbəsində MHP-nin Azərbaycana münasibətdə hər zaman həssaslıq göstərməsini xüsusi qeyd edib. İstər Vətən müharibəsində, istərsə də digər zamanlarda MHP-nin başqanından siravi üzvünə qədər bütün partiya mənsublarının bu dəstəyinin Azərbaycanda yüksək qiymətləndirildiyini bildirib.

Daha sonra Emin Həsənli Türkiyə Müharib Qazilər Birliyinin sədri Bəyazid Yumukla birlikdə MHP sədr müavini İsmail Faruk Aksu ilə görüşüb. Bu görüşdə də Azərbaycan və Türkiyənin hərbi yönümlü təşkilatlarının əlaqələrinin yüksək səviyyədə olmasından mənmunluq ifadə olunub.

Emin Həsənli MHP-nin parlamentdə təmsil olunması münasibəti ilə təbriklərinin çatdırıb.

Görüşlərdə iştirak edən Türkiyə Müharib Qazilər Birliynin sədri Bəyazid Yumuk Azərbaycana səfərləri zamanı Türkiyəli qazilərin yüksək səviyyədə qarşılanmasını və Bakıda və müxtəlif şəhərlərdə yüksək səviyyəli tədbirlər keçirilməsini yada salıb.

Görüş zamanı çoxşaxəli əlaqələrin bundan sonra da inkişaf etdirilməsi və gələcək fəaliyyətlə də bağlı fikir mübadilələri olub.

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli eyni gündə Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahında partiyanın sədr müavini və Sosyal siyasət başqanı Jüridə Sariəroğlu ilə görüşüb. Görüşdə Türkiyə Müharib Qazilər Birliynin sədri Bəyazid Yumuk da iştirak edib.

Jüridə Sariəroğlu qonaqları partiyanın qərargahında salamlayıb. Türkiyə-Azərbaycan qardaşlığında iki ölkə prezidentinin fəaliyyətini yüksək qiymətləndirib.

Emin Həsənli Türkiyədə keçirilən seçkilərdə Rəcəb Tayib Ərdoğanın qələbəsi münasibəti ilə Jüridə Sariəroğlunu təbrik edib. Azərbaycan xalqının da seçkiləri diqqətlə izlədiyini və Azərbaycanda hər kəsin bu seçkiyə həssas yanaşdığını bəyan edib. 44 günlük müharibədən sonra Türkiyədə baş verən zəlzələ zamanı Azərbaycanın dəstək verdiyini qeyd edib. Bu da təbiidir. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın rəhbərliyilə Türkiyə Dövləti və Türkiyə xalqı 44 günlük müharibə zamanı Azərbaycanın yanında oldu. Siyasi və mənəvi dəstək veriblər.

Eyni zamanda, hərbyönümlü təşkilatların Türkiyənin qürur mənbəyi olduğunu qeyd etdi. Ehtiyatda olan zabitlər, gizirlər və qazilərlə fəxr etdiyini bildirib.

Türkiyə Müharib Qazilər dərnəyinin sədri Bəyazid Yumuk Azərbaycanın hərbi təşkilatları ilə əməkdaşlığı çox yüksək qiymətləndirdi. Bəyazid Yumuk da təbriklərini çatdırıb. Türkiyədə qazilər, şəhid ailələri, müharib qazilər seçkilərdə Rəcəb Tayib Ərdoğanı dəstəklədiklərini, parlament seçkilərində də Cumhur ittifaqına səs verdiklərini bəyan etdi. Bir vətəndaş kimi Rəcəb Tayib Ərdoğanın şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan söz açıb.

Emin Həsənli Türkiyədə seçkiləri yaxından izlədiyini, Türkiyə xalqının bir daha inkişafa tərəqqiyə, ədalətə səs verdiyini və Rəcəb Tayib Ərdoğanın Türkiyə dövləti üçün etdiklərini, dünya birliyində Türkiyənin gördüyü işləri yüksək qiymətləndirib. Qeyd olunub ki, Türkiyə bu seçkilərlə dünyaya demokratiya dərsi keçib.

Jüridə Sariəroğlu nazir olduğu dönəmdə Azərbaycana səfərini xatırlatdı və Azərbaycanla qürur duyduğunu bildirib. Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu çox yüksək qiymətləndirib. Azərbaycan və Türkiyə əməkdaşlığının hər zaman yüksək olacağını bəyan edib.

Emin Həsənli rəhbərlik etdiyi təşkilatın hazırladığı kitablar AKP funksionerinə təqdim oldundu. Fəaliyyətlərində uğurlar arzu edilib. Rəcəb Tayib Ərdoğanın sədri olduğu AKP-nin bütün türk dünyasının partiyası olduğu bildirilib.

Emin Həsənli bir daha seçkidə möhtəşəm qələbə münasibəti ilə təbrik edib. Bu qələbə türk dünyası, islam aləmi üçün xeyirli-uğurlu olmasını bəyan edib. Emin Həsənli Rəcəb Tayib Ərdoğana və qalib gələn millət vəkillərinə uğur arzu edib. Türkiyə prezidenti və partiya sədri Rəcəb Tayib Ərdoğana Azərbaycan gənclərinin və “Qardaşlığımız Əbədidir” QHT koalisoyasının üzvlərinin salamlarını çatdırıb.

Sonda xatirə şəkli çəkilib.
AzVision.az


Teqlər:





Xəbər lenti