Düşənbə hava limanında AZAL-ın ilk reysi təntənəli şəkildə qarşılanıb

Düşənbə hava limanında AZAL-ın ilk reysi təntənəli şəkildə qarşılanıb
  30 May 2023    Oxunub:699
Bu gün, mayın 30-da Düşənbə Beynəlxalq Hava Limanında “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakıdan ilk uçuşunun təntənəli açılışı baş tutub.
Təyyarənin qarşılanması xüsusilə təntənəli keçib: təyyarə su tağı ilə, aviaşirkətin nümayəndələri, ekipaj və ilk reysin sərnişinləri isə çiçəklərlə qarşılanıb.

AZAL-ın ilk reysinin gəlişinə həsr olunmuş mərasimdə aviaşirkətin nümayəndələri və Tacikistan dövlətinin rəsmiləri iştirak ediblər. Onlar ölkələr arasında münasibətlərin inkişafı baxımından bu tədbirin əhəmiyyətini vurğulayıblar.

“Turizm sənayesi üçün bugünki uçuş maraqlı bir istiqamətə işarədir. Lakin bu, təkcə turizm üçün deyil, həm də ticari-iqtisadi əlaqələrin inkişafı üçün yeni təkandır.” - deyə “Azərbaycan Hava Yolları” aviaşirkətinin icraçı direktorunun müavini Cəmil Manizadə bildirib.

Aviaşirkətin rəsmi www.azal.az saytında uçuş cədvəli haqqında daha ətraflı məlumatla tanış ola, həmçinin reyslərə aviabiletləri əldə edə bilərsiniz. Aviabiletləri AZAL-ın mobil tətbiqi vasitəsilə də əldə etmək mümkündür.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti