Şəmxaninin işdən çıxarılmasının əsas səbəbi bilindi

   Şəmxaninin işdən çıxarılmasının əsas səbəbi bilindi
  30 May 2023    Oxunub:666
Təxminən bir həftə əvvəl kontr-admiral Əli Şəmxaninin İranın Ali Milli Təhlükəsizlik şurasının katibi vəzifəsindən uzaqlaşdırılması bir çoxları üçün əsl sensasiya oldu. Bu gün onun istefaya göndərilməsinin əsas səbəbi barədə məlumat yayılıb.
AzVision.az “Amwaj Media” saytına istinadən xəbər verir ki, qızının nikah əqdini oxumaq üçün Əli Şəmxaninin keçmiş prezident Məhəmməd Hatəmini dəvət etməsi kontr-admiralın istefasını gündəmə gətirib.

“Şəmxani qızının təkidi ilə Hatəmini dəvət etdikdən sonra təhlükəsizlik işçiləri onun toy mərasimində iştirakına mane olublar. Şəmxani əvvəlcə Hatəmini dəvət etməkdə tərəddüd göstərsə də, övladının təkidi ilə islahatların lideri kimi tanınan bu siyasi xadimə yaxınlaşmağa razılaşıb”, - saytın yaydığı xəbərdə deyilir.

Saytın İrandakı fundamentalistlərə yaxın mənbəyə istinadən verdiyi məlumata görə, bu hərəkət hakimiyyəti qəzəbləndirib və Şəmxanini tutduğu vəzifədən uzaqlaşdırılması barədə qərarın verilməsində katalizator rolunu oynayıb.

Şəmxaninin vəzifədən uzaqlaşdırılmasında siyasi amillərin əsas rol oynadığını etiraf edən keçmiş fundamentalistlərin təmsilçisi bildirib ki, “xırda görünən” və şəxsi insidentlər bəhanəsi ilə mühüm siyasi qərarlar vermək İran hökumətində görünməmiş bir hadisə deyil. Elə bu reallıqlar fonunda da 10 ilə yaxın Ali Milli Təhlükəsizlik şurasının katibi olmuş Şəmxanini SEPAH-ın Birləşmiş Qərargahının keçmiş komandiri Əli Əkbər Əhmədiyan əvəzləyib.

AzVision.az


Teqlər: İran   Şəmxani  





Xəbər lenti