Məşhur flamenko qrupu və ispan musiqisinin kralı “Gipsy Kings” ilk dəfə Bakıda

   Məşhur flamenko qrupu və ispan musiqisinin kralı  “Gipsy Kings” ilk dəfə Bakıda
  30 May 2023    Oxunub:2076
Rumba-Flamenko stilində ifaları ilə tanınan, daha çox “Bamboleo”, ”Volare”, ”Baila Me”, ”Amor Mio” mahnılarına görə sevilən “Gipsy Kings“ pop qrupu ilk dəfə paytaxtımızda konsert verəcək.
AzVision.az xəbər verir ki, konsert iyunun 15-də Bakı Konqres Mərkəzində "Tar events"in təşkilatçılığı ilə baş tutacaq. Əvəz olunmaz ifaları ilə pərəstişkarlarının qəlbini fəth edən Nicolas Reyes möhtəşəm konsert proqramı ilə sevənlərinin qarşısında çıxış edəcək.

Tom Odell Bakıda ilk dəfə konsert verəcək
Biletləri şəhərin bütün kassalarından, ASAN xidmət mərkəzlərindən, “Gənclik mall”, “28 mall”, “Park Bulvar” ticarət mərkəzlərindən və " İticket.az " az saytından onlayn əldə edə bilərsiniz.

Qeyd edək ki, 1979-cu ildə məşhur flamenko ifaçısı olan Xose Reyes oğlanları Nikolas və Andre Reyes ilə birlikdə “Los Reyes” adlı qrup yaradıb. Sonralar Xosenin yaxın qohumu Toni Palyarde başda olmaqla virtuoz gitaraçılar sülaləsi də Reyeslər ailəsinə qoşulub. Bir növ köçəri həyat tərzi keçirən qrupun adı dəyişdirilərək “Gipsy Kings” qoyulub. Onların “Gipsy Kings” adlı ilk albomu isə bu kollektivi bütün dünyada məşhurlaşdırdı. 1989-cu ildə “Gipsy Kings” qrupu ABŞ Prezidenti Corc Buşun andiçmə mərasiminə həsr olunmuş tədbirə də dəvət edilib.

Aygün Xankişiyeva
AzVision.az


Teqlər:   Konsert   Bakı  






Xəbər lenti