İran hökuməti aktyorlara ölkədən çıxmağı qadağan edib

   İran hökuməti aktyorlara ölkədən çıxmağı qadağan edib
  06 İyun 2023    Oxunub:859
Teokratik rejimin repressiya siyasətində ziyalılara və sənət adamalarına qarşı görülən məhdudiyyət tədbirləri xüsusi yer tutur. Bu dəfə belə siyasətin qurbanı bir qrup kino və teatr sənətçiləri olub.
AzVision.az bildirir ki, İran təhlükəsizlik qurumları xaricdə “Bəççe” tamaşasının nümayiş etdirilməsi üçün tanınmış kino və teatr aktrisası Fatimə Mötəmədaryanın öz qrupu ilə birlikdə ölkədən çıxışının qarşısını alıb. Nəticədə Avstriyanın paytaxtı Vyanada tamaşasının nümayişi ləğv edilib.
Foxanda keçirilən “Vaynerfest” festivalının təşkilatçıları tamaşasının ləğvinin məhz İran hökumətinin şounun baş aktrisası Fatimə Mötəmədaryanın ölkəni tərk etməsinə imkan vermədiyi ilə bağlı olduğunu bildiriblər.

Festivalın İnstaqram səhifəsində yerləşdirilmiş elanda təşkilatçılar İranın siyasi reallıqlarının iranlı sənətçilərin bu mədəni-bədii tədbirdə iştirakına mane olmasından təəssüfləndiklərini vurğulayıblar.

Rejissoru Əfsanə Mahiyan, ssenari müəllifi Nəğmə Səmini olan bu tamaşa dörd gecə Vyanada nümayiş etdirilməli idi. “Bəççe” tamaşasının aktyorlarından Mehran Nail də İnstaqram səhifəsində bir neçə gecə əvvəl “hava limanında” aktyorların getməsinin qarşısının alındığını yazıb.

İran hökuməti əvvəllər də sənətçilərin və məşhur simaların ölkəni tərk etməsinə mane olurdu. Lakin ötən ilin payızından, “Qadın, Həyat, Azadlıq” etirazlarından sonra bu şəxslərin ölkədən çıxışına qadağa qoyulması və pasportlarının müsadirə edilməsi hallarının sayı daha da artıb.

AzVision.az


Teqlər: İran   aktyorlar  





Xəbər lenti