800-dən artıq xəstə Laçın yolu ilə Ermənistana təxliyə olunub

Dekabr ayından bəri BQXK humanitar fəaliyyət həyata keçrir. Dekabr ayından bu günə kimi 800-dən artıq insanın tibbi təxliyəsi həyata keçirilib. Həmçinin bu tibbi təxliyələr zamanı Laçın yolu vasitəsilə müəyyən tibbi ləvazimatlar da çatdırılıb. Amma son zamanlarda böyük miqyaslı tibbi ləvazimat və yaxud da, böyük miqyaslı humanitar yardım çatdırmaq mümkün olmayıb. Bu gün onu da həyata keçirə bildik.
BQXK-nın əməliyyatları həyata keçirməsi üçün qərar verənlərin razlığı olmalıdır. Qərar verənlərin razlığı olduqda biz əməliyyat barədə məlumatları əvvəlcədən bölüşmək şərti ilə həyata keçiririk. Yəni humanitar konsensus olmalıdır ki, biz əməliyyatları həyata keçirək” – BQXK rəsmisi bildirib.(APA)
AzVision.az
Teqlər: