“Qarabağla bağlı növbəti hədəfimiz...” - Azay Quliyevin fikri

      “Qarabağla bağlı növbəti hədəfimiz...”    - Azay Quliyevin fikri
  18 Sentyabr 2023    Oxunub:747
“Bu gün Ağdam-Xankəndi və Laçın -Xankəndi yolu ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus yük avtomobillərinin eyni vaxtda keçidinin təmin olunması tarixi hadisədir”.
Bu sözlər millət vəkili Azay Quliyevə məxsusdur. O, sosial şəbəkə hesabında yazıb ki, xüsusilə, Laçından keçən yükün ölkəmizin qanunvericiliyinə uyğun dövlət sərhəd buraxılış məntəqəsində müvafiq gömrük yoxlamalarından sonra Xankəndiyə buraxılması Azərbaycanın diktə etdiyi yeni reallığın, suveren hüquqlarımızın hamı tərəfindən bir daha etirafı və qəbuludur.

“ABŞ, Fransa və bir çox bu kimi erməni yandaşlarının, o cümlədən, Ermənistanın və onun Qarabağdakı oyuncaq xunta rejiminin uzun müddət davam edən əsassız müqavimətinə, pozuculuq fəaliyyətinə, ən müxtəlif səviyyələrdə edilən təzyiq və təhdidlərə baxmayaraq, Azərbaycan, Prezident İlham Əliyev bir addım da olsa milli maraqlarımızdan geri çəkilmədi və qarşıya qoyulan çox çətin bir vəzifənin öhdəsindən layiqincə gəldi.

Bundan sonra dünya erməniliyi, Menendez kimi korrupsioner siyasətçilər, Yura Kim kimi mövqeyni ilk təzyiqdə dəyişən qorxaq məmurlar və Avropa Parlamenti kimi "anti-Azərbaycan xor dərnəyi" "blokada", "soyqırımı", "humanitar fəlakət" kimi iyrənc yalanlarla Azərbaycanın üzərinə gələ bilməyəcəklər”,- deputat vurğulayıb.

Azay Quliyevin sözlərinə görə, növbəti hədəfimiz qanunsuz hərbi birləşmələrin Qarabağdan çıxarılması, orada yaşayan erməni sakinlərin siyahıya alınması və reinteqrasiya prosesini başlamaq üçün gərəkən digər addımların atılması olacaq.


Teqlər: Qarabağ  





Xəbər lenti