"İşə bax ki, Xoşbəxt Yusifzadə oğlunun ildönümündə dəfn ediləcək"

"Biz 8 bacanaq olmuşuq, ikimizdən başqa hamı dünyasını dəyişmişdi. 3-4 gün bundan qabaq mənimlə söhbət edirdi. Dedi ki, "bax, 8 nəfərdən ikimiz qalmışıq". Dedim ki, Xoşbəxt müəllim Allah sizə can sağlığı versin, siz hamımıza dayaqsınız. Sizin kimi insanlar nə qədər çox yaşasa millətin xeyrinədir.
İşə bax ki, bu gün onun böyük oğlu Bağının da ildönümüdür. Həmişə bu gün qəbirüstünə gedərdi. Bundan sonra Bağının qəbirüstünə mən gedəcəm ki, ruhu nigaran qalmasın.
Belə insanlar tarixdə çətin tapılır və 100 ildə bir doğulur. Xoşbəxt Yusifzadə Azərbaycanın ən dəyərli övladlarından idi".
Xatırladaq ki, SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə dünən 93 yaşında dünyasını dəyişib. Akademiklə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında keçirilir. O, Birinci Fəxri xiyabanda dəfn olunacaq.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: