"Ermənistan müxalifəti Qarabağ ermənilərini sülh danışıqlarına qoymayıb" - Paşinyan
Hökumət başçısı hesab edir ki, müxalifətin planı Ermənistanı münaqişəyə cəlb etmək olub.
Onun sözlərinə görə, bununla da Qarabağ ermənilərinin Ermənistana köçmək imkanı olmayacaqdı, əksinə, Daşnaksütyunun sıralarını gücləndirmək üçün Parisə, Bostona, Los-Ancelesə gedəcəkdilər.
Baş nazir müxalifəti ölkədə zərərli siyasət yürütməkdə ittiham edib.
"Bugünkü müxalifət hakimiyyətdə olanda ölkənin müstəqil olmaması üçün hər şeyi etdilər".
Paşinyan onu da əlavə edib ki, sentyabrda antiterror tədbirlərindən əvvəl beynəlxalq ictimaiyyət Qarabağdakı separatçı rejimə Azərbaycan nümayəndələri ilə Sofiyada görüşməyi təklif edib.
"Bəli, beynəlxalq birlik Qarabağın separatçı rejiminə Sofiyada beynəlxalq mexanizm çərçivəsində görüş təklif etdi, lakin onlar müxalifətin buyruğuna boyun əyib Azərbaycan höküməti ilə görüşməkdən imtina ediblər ,- Baş nazir deyib.
Aytən Zəhra
AzVision.az
Teqlər: