Kissincer 100 yaşında vəfat edib

   Kissincer 100 yaşında vəfat edib
  30 Noyabr 2023    Oxunub:1067
ABŞ-nin sabiq dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib.
Bu barədə “Reuters” məlumat yayıb. Bildirilib ki, siyasətçi yerli vaxtla noyabrın 29-da Konnektikut ştatındakı evində dünyasını dəyişib.

Xatırladaq ki, Henri Kissincer, Lourens İqlberger və Brent Skoukroftun respublikaçı Prezident Corc Buşa əhəmiyyətli təsiri səbəbindən ABŞ-nin Azərbaycana birbaşa hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş 2002-ci ilin yanvarında dayandırılıb.

2002-2006-cı illərdə Corc Buş bu fərmanı təkrarlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti