“Washington Post”: Ukraynaya ayrılan vəsaitin çox hissəsi ABŞ-da qalır

      “Washington Post”:    Ukraynaya ayrılan vəsaitin çox hissəsi ABŞ-da qalır
  30 Noyabr 2023    Oxunub:855
Vaşinqtonun Ukrayna ordusunu dəstəkləmək üçün ayırdığı maliyyə vəsaitlərinin çox hissəsi ABŞ-da qalır.
“Washington Post” qəzetində dərc olunan məlumata istinadən xəbər verir ki, heç də bütün vəsaitlər Kiyevə çatmır. Çünki ABŞ hakimiyyəti onlardan yeni silahlar hazırlamaq və ya Ukraynaya sonrakı tədarüklər üçün hərbi texnikanı əvəzləmək üçün istifadə edir.

“Vaşinqtonun Kiyevə hərbi yardımının ən mübhəm sirri odur ki, vəsaitin böyük hissəsi burada ABŞ-da xərclənir” , - materialda vurğulanır.

Nəşrin şərhçisinin izahına görə, amerikalıların Ukraynaya yardım üçün ayırdıqları 68 milyard dolların təxminən 90%-i ABŞ-da xərclənəcək.
Bundan əvvəl “Reuters” agentliyinin jurnalistləri Vaşinqtonun Ukrayna Silahlı qüvvələrinə hərbi dəstəyi sayəsində Amerika ştatlarının 27 milyard dollar həcmində qazanc götürdüklərini bəyan etmişdilər.
Sahil İsgəndərov

AzVision.az


Teqlər: ABŞ   Ukrayna  





Xəbər lenti