Vaşinqton İranla bağlı 20-dən çox şəxsə və quruma sanksiya tətbiq edib

   Vaşinqton İranla bağlı 20-dən çox şəxsə və quruma sanksiya tətbiq edib
  30 Noyabr 2023    Oxunub:948
ABŞ Dövlət departamenti İran Silahlı qüvvələrinin Müdafiə və Logistika nazirliyi, İran Silahlı qüvvələrinin Baş qərargahı və SEPAH Qüds qüvvələri üçün maliyyə yardımı şəbəkəsinə qoşulmuş 20-dən çox şəxs və quruma qarşı sanksiya tətbiq edib.
AzVision.az xəbər verir ki, ABŞ Dövlət departamentinin yaydığı bəyanatda yerli və xarici şirkətlər şəbəkəsi vasitəsilə həyata keçirilən İran mallarının satışının Tehran rejiminin “Həmas” və “Hizbullah” kimi terror qruplaşmalarına dəstəyini davam etdirməsinə imkan yaratdığı vurğulanır.

“İranın hərbi qurumları və onların biznes tərəfdaşları beynəlxalq maliyyə sistemindən terrorçu qrupları maliyyələşdirmək üçün istifadə edirlər. İran rejimi bu qanunsuz gəlirdən münaqişəni dəstəkləmək və bütün Yaxın Şərqdə terror yaymaq üçün istifadə edir. ABŞ İranın terrorçuları maliyyələşdirməsini dayandırmağa davam edəcək. İranın hərbi sektorunun maliyyələşdirilməsi ilə bağlı 6 fiziki şəxs və 16 İran və beynəlxalq şirkət qara siyahıya əlavə edilib. Bu şəxslər və şirkətlər İran, BƏƏ, Türkmənistan, Hindistan, Çin, Şimali Koreya və Sinqapurdandır. Sanksiyaya məruz qalan şəxslərin və şirkətlərin böyük bir hissəsi enerji sektorunda fəaliyyət göstərir”, - bəyantada deyilir.

Qeyd edək ki, bu sanksiyaların əksəriyyəti xarici şəxslər və şirkətlərin “Sepehr Energy Cahan Namaj Pars” qurumu ilə əlaqəsinə cavabdır. İranın “Pishro Tejarat Sana” şirkəti və onun direktorlar şurasının üzvü Əbdül Cavad Ələvi də sanksiyaya məruz qalıb. Sanksiyalara məruz qalan 16 şirkətdən 9-u BƏƏ-də yerləşir.
AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti