İsveçin NATO-ya üzvlüyü ilə bağlı yeni şərt

 İsveçin NATO-ya üzvlüyü ilə bağlı yeni şərt
  30 Noyabr 2023    Oxunub:969
İsveçin NATO-ya üzvlüklə bağlı müraciətinin Türkiyə parlamentində ratifikasiya prosesi hələ də davam edir.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş NTV telekanalında müsahibəsində deyib.

O qeyd edib ki, sənəd hələ də Beynəlxalq Əlaqələr Komissiyasında nəzərdən keçirilir və müvafiq struktur tərəfindən təsdiq edildikdən sonra Baş Assambleyaya təqdim olunacaq.

"Rattifikasiya protokolu oktyabr ayında parlamentə daxil olub, beynəlxalq məsələlər komissiyası tərəfindən qiymətləndiriləcək və daha sonra Baş Assambleyada səsverməyə çıxarılacaq. Parlamentin işi onun gündəliyi əsasında həyata keçirilir. Proses davam edir".

O əlavə edib ki, Ankara İsveçdən müvafiq sazişlərdə nəzərdə tutulan terrorizmlə mübarizə sahəsində öz öhdəliklərini yerinə yetirməsini gözləyir. "Türkiyə sözünü verdi və tutacaq. Amma tərəfdaşlarından da oxşar addımlar gözləyir" , - Kurtulmuş qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti