Ermənistan KTMT ölkələrinin Skopye görüşündə iştirak etmədi

   Ermənistan KTMT ölkələrinin Skopye görüşündə iştirak etmədi
  30 Noyabr 2023    Oxunub:841
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Xarici İşlər nazirliklərinin nümayəndələrinin Skopye görüşündə Ermənistan tərəfdən heç kim iştirak etməyib.
Bu barədə "Sputnik Ermənistan"a ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Bundan əvvəl məlum olub ki, təşkilata üzv ölkələrin Xarici İşlər Nazirliyinin nümayəndələri Şimali Makedoniyanın paytaxtında ATƏT Nazirlər Şurası çərçivəsində iclas keçiriblər. Beynəlxalq gündəlikdə duran bir sıra cari məsələlər müzakirə edilib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl Minskdə keçiriləcək KTMT sammitində iştirakdan imtina etmişdi. Ermənistan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin rəhbərləri, həmçinin Ermənistan parlamentinin spikeri də təşkilatın tədbirlərində iştirak etməmək qərarına gəliblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti