Bakıda qəzaya düşən avtobus evin damına çıxıb - FOTO - VİDEO

 Bakıda qəzaya düşən avtobus evin damına çıxıb -    FOTO - VİDEO
  06 Dekabr 2023    Oxunub:1503
Bakının Xətai rayonunda avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, qəza Köhnə Günəşli qəbəsində qeydə alınıb. Belə ki, 46 saylı sərnişin avtobusu ilə "Mercedes" markalı minik avtomobili toqquşub. İdarəetmədən çıxan avtobus yaşayış evinin damına çıxıb.

Hadisə nəticəsində yaşayış evinə ciddi zərər dəyib. Qəza baş verən zaman mənzildə bir nəfər olub. Xəsarət alan yoxdur.

Bundan əlavə, mənzilə gedən qaz xətti də zədələnib. Bu səbəbdən mənzillərə qazın verilişi dayandırılıb. Avtobus yol kənarındakı ağacları da yerindən qoparıb.

Əraziyə müvafiq qurumların iştirakı ilə baxış keçirilib. Hadisə ilə bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər:





Xəbər lenti