Misir İsraillə münasibətləri kəsə bilər

   Misir İsraillə münasibətləri kəsə bilər
  08 Dekabr 2023    Oxunub:908
Misir İsrailin Qəzza bölgəsinin cənubunda keçirdiyi hərbi əməliyyatlara görə, fələstinli qaçqınların Sinaya köçürüləcəyi halda ABŞ və yəhudi dövləti ilə münasibətləri kəsmək barədə xəbərdarlıq edib.
AzVision.az bildirir ki, “Axios” saytı amerikalı və israilli rəsmilərə istinadən belə məlumat yayıb.

Qəzzadakı müharibəni öz milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirən Misir fələstinli qaçqınların sərhədi keçməsinin qarşısını almağa çalışır. Hazırda Qəzzada təxminən 1,9 milyon insan və ya əhalinin təxminən 85%-i məcburi köçkün vəziyyətinə düşüb.

Müharibə başlayandan bəri Misir, İordaniya və Fələstin administrasiyası İsrailin fələstinliləri Qəzzadan Misirə köçürməsi və münaqişədən sonra onların geri qayıtmasına qadağa qoymasından narahatlığını bildirib.

İsrail rəsmiləri isə Misiri əmin ediblər ki, Qəzza zolağından kənarda müalicə olunmaq üçün razılıq almış yaralı fələstinlilər evlərinə qayıda bilərlər. İsrailin Qəzzanın cənubuna doğru hərbi əməliyyatını genişləndirməsi mülki əhalinin Misir sərhədi yaxınlığındakı Rəfaha qaçmasına səbəb olub. Misirin xarici işlər naziri Sameh Şükri Vaşinqtonda keçirilən Aspen Təhlükəsizlik forumunda mülki şəxslərin Qəzzadan Misirə köçürülməsini “uyğunsuzluq və beynəlxalq hüquqa zidd” adım kimi qiymətləndirib.

“Axios”un yazdığına görə, İsrailin üç rəsmisi Qəzza sərhəddində fələstinli qaçqınların Sinay yarımadasında təhlükəsizlik axtararaq Misirə kütləvi şəkildə köçməsinə səbəb ola biləcək böhranla bağlı Qahirənin narahatlığının artırdığını bildirib. Onlar, həmçinin rəsmi Qahirənin HƏMAS yaraqlılarının Qəzzadan Misirə qaçması ehtimalından narahat olduğunu vurğulayıblar.

İsrail rəsmiləri Misirin məhz belə bir ssenarini Təl-Əvivlə münasibətlərdə təhlükə saydığını və bunun baş verəcəyi təqdirdə diplomatik münasibətlərin “kəsilməsi”nin mümkünlüyü barədə xəbərdarlıq etdiyini açıqlayıblar. ABŞ rəsmisi də Vaşinqtonun Qahirənin narahatlığını bölüşdüyünü təsdiqləyərək, Misir rəsmilərinin ikitərəfli münasibətlər üçün mümkün nəticələrlə bağlı xəbərdarlıqlarının ciddili olduğunu vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az



Teqlər: Misir   İsrail  





Xəbər lenti