"NATO İrəvan və Bakının məhbuslarla bağlı açıqlamasını alqışlayır"

   "NATO İrəvan və Bakının məhbuslarla bağlı açıqlamasını alqışlayır"
  08 Dekabr 2023    Oxunub:996
NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina İrəvan və Bakının məhbusların mübadiləsi ilə bağlı birgə bəyanatını alqışlayıb.
“Mən Ermənistan və Azərbaycanın məhbusların qarşılıqlı azadlığa buraxılması, digər etimadın möhkəmləndirilməsi tədbirləri və çoxdan gözlənilən sülh sazişinə nail olmaq üçün açıq-aşkar öhdəliyi elan edən birgə bəyanatını alqışlayıram”,- Kolomina X sosial şəbəkəsində bildirib.

O, Şimali Atlantika Alyansının bu səyləri və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına güclü dəstək verdiyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti