Cəsarət Valehov vəzifəsindən azad olunub

 Cəsarət Valehov vəzifəsindən azad olunub
  08 Dekabr 2023    Oxunub:1282
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov vəzifəsindən azad olunub.
AzVision.az xəbər verir ki, qurumun aparatının strukturunda dəyişiklik edilib, yeni təyinatlar olub.
Elm və Təhsil Nazirliyində yeni təyinatlar olub


Lakin C.Valehovun adı Elm və Təhsil Nazirliyində vəzifəyə yeni təyin olunan şəxslərin siyahısında yer almayıb.

Dəyişikliyə əsasən, nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və ora Səbuhi Rzayev müdir təyin olunub. O, bundan əvvəl nazirliyin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

C. Valehov məsələ ilə bağlı sosial şəbəkə hesabında açıqlama yayıb. O bildirib ki, yaxın günlərdə yeni iş fəaliyyəti ilə bağlı məlumat verəcək.

Səbuhi Rzayev

AzVision.az


Teqlər:  





Xəbər lenti