Türkiyə İnterpolun axtardığı cinayətkarı Rusiyaya təhvil verdi

   Türkiyə İnterpolun axtardığı cinayətkarı Rusiyaya təhvil verdi
  08 Dekabr 2023    Oxunub:1019
Türkiyə İnterpol tərəfindən axtarışda olan, kriminal dairələrdə Vitya Pan ləqəbi ilə tanınan Viktor Panyuşini Rusiyaya ekstradisiya edir.
Bu barədə AzVision.az Habertürk telekanalına istinadən xəbər verir. Bildirilir ki, cinayətkar tanınmamış Şimali Kiprin (ŞKTC) ərazisində saxlanılıb.

Telekanal aydınlaşdırıb ki, Rusiyada adam öldürmək də daxil olmaqla, 9 ağır cinayətdə təqsirli bilinən və İnterpol tərəfindən axtarışda olan “Vitya Pan” Ukraynaya qaçaraq, başqa soyad və doğum tarixi ilə Ukrayna pasportu alıbmış.

Polisə verdiyi ifadəsində Panyuşin bildirib ki, pasport ona şahidlərin müdafiəsi proqramı çərçivəsində Ukrayna tərəfindən verilib və tanınmamaq üçün bəzi şəxsi məlumatlar dəyişdirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti