İranlı nazirin doğum otağına gəlməsi tənqid olundu - VİDEO

   İranlı nazirin doğum otağına gəlməsi tənqid olundu -    VİDEO
  09 Dekabr 2023    Oxunub:768
İranın dövlət televiziyası ölkənin səhiyyə naziri Bəhram Eynullahinin müxbirin müşayiəti ilə doğum əməliyyatı həyata keçirilən otaqda olduqlarını əks etdirən video-material paylaşıb.
AzVision.az “Azad İran” teleqram-kanalına istinadən xəbər verir ki, bu video-material sosial şəbəkələrdə ölkə vətəndaşları tərəfindən kəskin tənqid edilib.

Sosial media istifadəçilərinin sözlərinə görə, bu qeyri-qanuni hərəkət, sağlamlıq və etik qaydalardan kənar yalnız hökumətin fəaliyyətini təşviq etmək və reklam istismarı məqsədi ilə həyata keçirilir.

Hicab geyməkdən imtina edən qadınlara qarşı sərt tədbirlər görən İran hökumətinin nazirinin doğum əməliyyatı keçirilən otağa girməsinin özü də cəmiyyət tərəfindən sualla qarşılanıb.

AzVision.az



Teqlər: İran   nazir  





Xəbər lenti