Kiyev sazişə qoşuldu - Azərbaycan nə edəcək?

Kiyev sazişə qoşuldu - Azərbaycan nə edəcək?
  27 İyun 2014    Oxunub:1280
Xəbər verdiyimiz kimi, bir qədər öncə Brüsseldə Gürcüstan, Moldova və Ukrayna ilə Avropa İttifaqı arasında Assosiasiya sazişinin imzalanması mərasimi keçirilib.

Ukrayna və Avropa İttifaqı Assosiasiya ilə bağlı sazişin iqtisadi hissəsini imzalayıb. Sazişi Ukrayna prezidenti Pyotr Poroşenko və Avropa Şurasının prezidenti Herman Van Rompey, Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzu və Avropa İttifaqının 27 üzvü imzalayıb. Assosiasiya Sazişini Gürcüstan və Moldova da imzalayıb.

Burada diqqət çəkən məqam Ukraynanın hakimiyyət devrilişindən sonra bu sazişi imzalamasıdır. Yada salaq ki, Ukraynadakı hadisələr məhz keçmiş prezident Yanukoviç bu sazişi imzalamaqdan imtina edəndən sonra başlamışdı.

Maraqlıdır, Ukrayna, Gürcüstan və Moldovanın Assosiasiya Sazişinə qoşulması bölgədəki proseslərə necə təsir edəcək? Bu proseslərin Azərbaycana təsiri olacaqmı?

Siyasi təhlilçi, millət vəkili Sahib Alıyev bu və ya digər suallara aydınılıq gətirib.

Deputat AzVision.az-a şərhində ilk öncə Azərbaycanın Avropa İttifaqı ilə Assosiasiya sazişini imzalaması məsələsinə toxunub. Bildirib ki, ölkəmiz bu istiqamətdə haqlı mövqe tutur.

“Azərbaycanın Assosiasiya sazişini imzalamamsına çox təbii baxıram. Cənab prezident Brüsseldəki çıxışında da qeyd etdi ki, Azərbaycan Avropa Birliyi ilə daha yüksək səviyyəli sazişin tərəfdarıdır.

Çünki, Azərbaycanın Avropa Birliyi ilə ticarət dövriyyəsi bütün Şərq Tərəfdaşlığı üzvlərinin birgə ticarət dövriyyəsindən çoxdur. Məhz bu göstəriciyə dayanaraq Azərbaycanın haqqı var ki, özünə yanaşmada məhz daha yüksək səviyyəli anlaşma tələb etsin”.

Politoloq vurğulayıb ki, adı çəkilən ölkələr imzalasa da bu sazişə münasibət birmənalı deyil: “Siyasi hissəsi dəstəklənsə də iqtisadi hissə ilə bağlı xeyli tərəddüdlər var. Çünki onlar qorxurlar ki, bu anlaşma qüvvəyə mindikdən sorna bu, yerli istehsala mənfi təsir etsin və yerli istehsal Avropa istehsalı olan mallarla rəqabətə davam gətirə bilməsin. Həqiqətən də həmin anlaşmada düşündürücü məsələlər var”.

Hadisələrin sonrakı inkişafına gəlincə, politoloq bildirib ki, Gürcüstan nə itirə bilərdisə, bu anlaşmaya qədər itirib:

“Ukraynadakı proseslər hər kəsin gözü önündə baş verir. Moldovada da müəyyən gərginliklər var. İstəynilən halda düşünürəm ki, hər dövlət öz addımlarında sərbəstdir. Azərbaycanın bu yöndə yürütdüyü siyasətə gəlincə isə İlham Əliyev də bunu bəyan edib ki, Azərbaycan hər ölkə ilə ikitərəfli əməkdaşlığa üstünlük verir. Məhz belə əməkdaşlıq bizim milli maraqlarımza daha çox uyğundur. Bu əməkdaşlıqdan hər iki tərəfin əldə etdiyi dividentlər çoxtərəfli əməkdaşlıqdan daha üstündür”.

Ukraynada baş verən hadisələr toxunan S.Alıyev bu ölkənin sazişə qoşulmasının gecikmiş addım olduğunu deyib.

“Bu saziş imzalanmadan əvvəl Ukraynada yaranan fikir ayrılığı ölkədə böyük gərginliyə, kütləvi aksiyalara və nəticədə Krımın itirilməsinə səsbəb oldu.

Artıq Ukraynada qan tökülüb və Krım yarımadası itirilib. Bu anlaşmaya vaxtında dəqiq baxılsaydı, o zamanki Ukrayna rəhbərliyi düşünülmüş addım atsaydı, onda bu barədə düşünmək olardı. Artıq ox yaydan çıxıb. Yenidən Ukraynanın bu anlaşmanı imzalamsı ilə nəsə itirib, qazanması geridə qalıb. Qeyd etdiyim kimi, Krım artıq itirilib və Şərqdə Donetsk və Luqanskda separatçı rejim mövcuddur, savaş gedir. Bu anlaşmadan sonra vəziyyətin düzələcəyini proqnozlaşdırmaq daha da çətinləşir”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti