Tıxacda keçən ömür, effektsiz ictimai nəqliyyat - Problemin həlli nədir?

  Tıxacda keçən ömür,  effektsiz ictimai nəqliyyat  - Problemin həlli nədir?
  03 Aprel 2024    Oxunub:1061
Bakının tıxac problemi günü-gündən artmaqda davam edir. Həm minik maşınları, həm də avtobuslar saatlarla tıxacda qalır. Bəzi yollarda ictimai nəqliyyatın asan gediş-gəlişi üçün avtobus zolaqları çəkilsə də, sürücülərin əksəriyyəti buna məhəl qoymur.
Nəqliyyat eksperti Yasin Mustafayev AzVision.az -a bildirib ki, şəhərin daxili yollarında vəziyyət getdikcə acınacaqlı hal alır. Ekspert vəziyyətin hər keçən gün gərginləşdiyini vurğulayıb:



“Hər bir problemdən çıxış yolu var. Uzun müddət ictimai nəqliyyata fikir verməmişik, ona qayğı göstərməmişik, işinin optimallığını təşkil etməmişik. Ona görə də birdən-birə bu istiqamətdə görülən işlərin effektini görə bilmirik. Avtobus zolaqlarının təşkil edilməsi məsələnin həllində ən başlıca çıxış yoludur. Çünki avtobus tıxaca düşməyib yoluna davam etsə, digər məsələlərin həlli avtomatik tapılacaq.



Vətəndaş avtomobillə gedə bilmədiyini görəcək və məcburi ictimai nəqliyyatdan istifadə edəcək. Avtobusla gedəndə də nəqliyyat vasitələrinin sayı azalacaq. Eyni zamanda, yollarda kameraların sayını artırmaq lazımdır. Əgər bunu etsək, o zolaqlara girən olmayacaq. Həmçinin nəzarət gücləndirilməlidir. Elə etmək lazımdır ki, bu zolaqlar işlək vəziyyətdə olsun. Əks təqdirdə vəziyyət getdikcə çətinləşəcək və daha ağır hal alacaq”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: tıxac  





Xəbər lenti