Bıçaqlanan şagirdin son durumu ilə bağlı TƏBİB-dən AÇIQLAMA

 Bıçaqlanan şagirdin son durumu ilə bağlı TƏBİB-dən    AÇIQLAMA
  03 Aprel 2024    Oxunub:982
Xəbər verdiyimiz kimi, Goranboy rayonu Dəliməmmədli şəhəri M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident baş verib. Hadisə nəticəsində 2007-ci il təvəllüdlü Şeyxov Ayxan Məhəmməd oğlu döş qəfəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya aparılıb.
TƏBİB-dən AzVision.az -a bilidirilib ki, şagird Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

"Ona döş qəfəsinin ön səthinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib. Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti