Baş Prokuror: "Rusiyada baş verən terroru şiddətlə qınayırıq"

      Baş Prokuror:    "Rusiyada baş verən terroru şiddətlə qınayırıq"
  04 Aprel 2024    Oxunub:968
Bakıda "Xəzər dənizinin akvatoriyasında ekoloji təhdidlər və hüquqpozmalar: dəniz mühitinin qorunması üçün prokurorluq orqanlarının strategiyaları" mövzusunda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşü keçirilir.
AzVision.az xəbər verir ki, görüşdə  Baş Prokuror Kamran Əliyev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Xəzəryanı ölkələrin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxsləri iştirak edirlər.

Baş Prokuror Kamran Əliyev çıxışında martın 22-də Rusiyada baş verən terror aktı ilə bağlı danışıb:

"Martın 22-də Moskvada “Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı. Bu terror aktını şiddətlə qınayır, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbr, yaralananlara isə tezliklə şəfa diləyirəm"  

AzVision.az


Teqlər:





Xəbər lenti