Ermənistanın ekoloji cinayətləri beynəlxalq məhkəmələrdə istifadə olunacaq

   Ermənistanın ekoloji cinayətləri beynəlxalq məhkəmələrdə istifadə olunacaq
  04 Aprel 2024    Oxunub:883
Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı vaxtlarda ərazilərimizdə ekoloji cinayətlər törədib.
Bunu Baş prokuror Kamran Əliyev Xəzəryanı dövlətlərin Baş prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin Bakıda keçirilən “Xəzər dənizinin akvatoriyasında ekoloji hüquqpozmalar: Dəniz mühitinin qorunması üçün prokurorluq orqanlarının strategiyaları” mövzusunda beştərəfli görüşü zamanı deyib.

O bildirib ki, hazırda bu cinayətlər Azərbaycanın Baş Prokurorluğu tərəfindən yaradılmış istintaq qrupu tərəfindən araşdırılır: “Bu cinayətlərin hüquqi nəticələri ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, milli və beynəlxalq qanunvericiliyə uyğun lazımi hüquqi tədbirlərin görülməsi təmin olunacaq”.

Kamran Əliyev qeyd edib ki, ekoloji cinayətlərlə bağlı digər ölkələrin hüquq-mühafizə orqanlarına da qarşılıqlı hüquqi yardımın göstərilməsi ilə bağlı müraciətlər ediblər: “Onlarla intensiv əlaqələr saxlayırıq. Bu nəticələr toplandıqdan sonra istintaq materialları beynəlxalq məhkəmələrdə istifadə olunacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti