Hərbi hissələrin döyüş qabiliyyəti müzakirə olunub

Hərbi hissələrin döyüş qabiliyyəti müzakirə olunub
  05 Aprel 2024    Oxunub:999
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, hərbi hissələrdə birinci rübün nəticələrinə dair yekun iclaslar keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə MN-dən bildirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

İclaslarda hərbi hissələrin döyüş qabiliyyətinin artırılması və xidməti-döyüş fəaliyyətinin təşkilinə dair cari ilin birinci rübü ərzində görülən işlər, yerinə yetirilən tapşırıqlarla bağlı məruzələr dinlənilib, döyüş hazırlığının, qoşun xidmətinin, maddi-texniki təminat və hərbi intizamın vəziyyəti geniş təhlil olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələr, müdafiə naziri general-polkovnik Zakir Həsənovun xidməti-döyüş fəaliyyətinin, qoşun xidməti və döyüş növbətçiliyinin təşkilinin daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqları diqqətə çatdırılıb.

Sonda birinci rübün yekununa əsasən hərbi xidmətdə fərqlənən hərbi qulluqçular təltif ediliblər.

AzVision.az



Teqlər:





Xəbər lenti