Taksi üçün buraxılış vəsiqəsinin rüsumu açıqlanıb

   Taksi üçün buraxılış vəsiqəsinin rüsumu açıqlanıb
  05 Aprel 2024    Oxunub:904
“Dövlət rüsumu haqqında” Qanuna əsasən, taksi fəaliyyəti göstərmək istəyənlərə buraxılış vəsiqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.
- AzVision.az -ın xəbərinə görə, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Qeyd edək ki, buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti