Ali qonağa “ASAN xidmət” modeli ilə bağlı təqdimat edilib. Hazırda Azərbaycanın intellektual brendinin ixracı istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi bildirilib.
Tanışlıqdan sonra Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso jurnalistlərə müsahibə verib.
Prezident Deni Sassu-Nqesso bildirib ki, “ASAN xidmət” xüsusi bir yanaşmanın məhsuludur. Bu, bütün əhaliyə həmin xidmətlərin əlçatanlığını, şəffaflığını təmin edir. Mən Prezident İlham Əliyevə ASAN konsepsiyasının təşəbbüskarı olduğuna və onu həyata keçirdiyinə görə öz təbriklərimi çatdırmaq istəyirəm. Azərbaycan brendi çox mükafatlara layiq görülüb. Burada, həmçinin gənclər, statapçılar bir araya gəlirlər, onlar üçün yaradılan şəraitdən bəhrələnirlər. Ölkəmizin müvafiq dövlət orqanlarının nümayəndə heyətini yaxın zamanda Azərbaycana ezam edəcəyəm ki, gəlib tanış olsunlar və qarşılıqlı əlaqələr qursunlar. Bu, ölkələrimiz arasında növbəti əməkdaşlıq sahəsidir.
Sonra Konqo Prezidenti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “ABAD”ın fəaliyyəti ilə tanış olub.
Prezident Deni Sassu-Nqessoya “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.
AzVision.az