Antiterrorda yaralanan zabitimiz vəfat etdi

   Antiterrorda yaralanan zabitimiz vəfat etdi
  07 Aprel 2024    Oxunub:946
Azərbaycan Ordusunun zabiti vəfat edib
AzVision.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu 07 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində vəfat edib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid zabitimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət etsin!

AzVision.az


Teqlər:





Xəbər lenti