"Qanunvericilikdə çatışmazlıqlar praktiki problemlərə səbəb olub"

   "Qanunvericilikdə çatışmazlıqlar praktiki problemlərə səbəb olub"
  08 Aprel 2024    Oxunub:829
"Təklif etdiyimiz məsələ mənzil fondu ilə əlaqədardır. Auditlərdə dövlət mənzil fondu ilə əlaqədar qanunvericilikdə çatışmazlıqlar praktiki problemlərə səbəb olub".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatanın sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, dövlət mənzil fondu ilə təmin edilməli şəxslərin dairəsinin dəqiqləşməsi, üstün mənzil təminatı olan hüquqi şəxslərin Mənzil Məcəlləsində nəzərə alınmamasıdır:

"Yəni, bu şəxslər qazilər və şəhid ailələridir. Şəhid ailələrinə edilən güzəştlər haqqında qanunda mənzil şəraitinin yaxşılaşdırılması ehtiyacı olan şəhid ailələrinin yaşayış sahələrinin birinci növbədə təmin edilməsi hüquqları təsbit olunub. Lakin Mənzil Məcəlləsində şəhid ailələri, müharibə nəticəsində əlil olan olan şəxslərin üstün hüququ fərqləndirilmir".

AzVision.az


Teqlər:





Xəbər lenti