Astarada kafedə yanğın baş verib

Astarada kafedə yanğın baş verib
  11 Aprel 2024    Oxunub:861
Astarada kafedə yanğın meydana gəlib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, ümumi sahəsi 150 m². birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə və mətbəxin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: hadisə   yanğın   Astara  





Xəbər lenti