Mənzildə köməksiz qalan uşaqlar xilas olunublar

Mənzildə köməksiz qalan uşaqlar xilas olunublar
  11 Aprel 2024    Oxunub:832
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 2 uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən AzVision.az -a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqlar xilas olunublar.

AzVision.az


Teqlər: hadisə   FHN  





Xəbər lenti