Şəkidə 89 yaşlı kişini maşın vurdu

   Şəkidə 89 yaşlı kişini maşın vurdu
  12 Aprel 2024    Oxunub:813
Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, aprelin 12-də saat 04 radələrində Şəki rayonunun Abbas kəndi ərazisində Rüstəm Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyada, 1935-ci il təvəllüdlü Şamxalov Mürsəl Əziz oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti