"Separatçılarla bağlı cinayət işi yaxın günlərdə məhkəməyə göndəriləcək"

   "Separatçılarla bağlı cinayət işi yaxın günlərdə məhkəməyə göndəriləcək"
  24 İyun 2024    Oxunub:874
Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun separatçı rəhbərləri barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.
AzVision.az -ın məlumatına görə, bunu Baş Prokuror Kamran Əliyev deyib. O bildirib ki, artıq 15 nəfərlə bağlı istintaq hərəkətləri başa çatıb:

"Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanış olma mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək".

AzVision.az


Teqlər:





Xəbər lenti