Lənkəranda 35 yaşlı kişi körpüdən yıxılaraq öldü

Lənkəranda 35 yaşlı kişi körpüdən yıxılaraq öldü
  24 İyun 2024    Oxunub:920
Lənkəranda 35 yaşlı kişinin körpüdən yıxılaraq öldüyü məlum olub
AzVision.az xəbər verir ki, bu gün rayonun Sütəmurdov kənd sakini Vüsal Əliqulu oğlu Rəhimovun meyiti "Dəhnə" deyilən ərazidəki körpünün altından tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları baxış keçiriblər.

İlkin rəyə görə, mərhum ehtiyatsızlıqdan körpüdən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti