İstibulaqda maşın aşıb, iki nəfər ölüb

İstibulaqda maşın aşıb,    iki nəfər ölüb
  26 İyun 2024    Oxunub:525
İyun ayının 25-də saat 20:30 radələrində Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun İstibulaq kəndi ərazisində “Mercedes” markalı avtomobilin aşması barədə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib.

Hadisə nəticəsində Kəlbəcər rayon sakinləri, 1955-ci il təvəllüdlü Məxsəd Lazımov və 1958-ci il təvəllüdlü Qənirə Hüseynova ölmüş, 1988-ci il təvəllüdlü Əlnur Qocayev, 1979-cu il təvəllüdlü Vüsal Yusifov, 1980-ci il təvəllüdlü Elşad Rəsulov, 1982-ci il təvəllüdlü Xəyalə Yusifova və 1984-cü il təvəllüdlü Ruhanə Rəsulova müxtəlif bədən xəsartələri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırmalar davam etdirilir.


AzVision.az


Teqlər:





Xəbər lenti