Leysan yağışları Qəbələdə fəsadlar törədib

Leysan yağışları Qəbələdə fəsadlar törədib
  26 İyun 2024    Oxunub:572
Qəbələ rayon ərazisində güclü küləklə müşayiət olunan leysan yağışları bir sıra fəsadlar törədib.
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələdən keçən hissəsində küləyin təsirindən irigövdəli ağaclar yola aşıb. Bu səbəbdən bir müddət avtomobil yolunda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Qəbələ Rayon Fövqəladə Hallar Komissiyasından (FHK) bildirilib ki, küləyin yaratdığı fəsadları aradan qaldırmaq məqsədilə əraziyə canlı qüvvə və texnikalar cəlb edilib, qısa müddətdə hərəkət bərpa olunub.

Leysan yağışları nəticəsində şəhərin sel suları basan küçələrinin təmizlənməsinə başlanılıb. Küləyin təsirindən aşan elektrik dirəkləri, qırılan naqillər bərpa olunur, elektrik enerjisinin verilməsi istiqamətində işlər həyata keçirilir.


AzVision.az


Teqlər:





Xəbər lenti