Bəhruz Nəbili: "30 illik xəyallarımız gerçəkləşir"

   Bəhruz Nəbili:    "30 illik xəyallarımız gerçəkləşir"
  20 Avqust 2024    Oxunub:905
“İşğaldan azad olunmuş rayonlarımız və kəndlərimiz bərpa olunur. Yeni təhsil ocaqları, sosial obyektlər tikilib istifadəyə verilir. İnsanlar torpaqlarına geri qayıdırlar. Bir sözlə, burada həyat öz axarına düşür. İndi isə güclü dövlətimizin qürurlu vətəndaşları Qarabağda seçkiyə hazırlaşır. Yerli sakinlər namizədlərin proqramları, ideyaları və ölkənin gələcəyinə dair təkliflərini nəzərə alaraq onlara öz doğma yurdlarında səs verəcəklər. 30 illik xəyallarımız gerçəkləşir, arzularımız çin olur”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Bəhruz Nəbili deyib.

Onun sözlərinə görə, seçkilərin ədalətli, şəffaf şəkildə keçirilməsi, demokratik prinsiplərin qorunması və ölkədə siyasi sabitliyin təmin olunması baxımından da böyük əhəmiyyət daşıyır: “Yeni seçilən deputatlar ölkənin qanunverici orqanında aktiv müzakirələr aparmalı, dövlət siyasətinin və sosial islahatların həyata keçirilməsində fəal iştirak etməlidirlər. Bu amillər Azərbaycan cəmiyyətinin müxtəlif sahələrdə inkişafına, hüquq və azadlıqların qorunmasına, rifahın artırılmasında mühüm rol oynayacaq. Biz təhsil işçiləri də səsvermə günü fəallıq göstərməklə seçki prosesinə öz töhfəmizi verəcəyik”.
AzVision.az



Teqlər:





Xəbər lenti