Həmidə Ömərova: “Seçki prosesinə töhfəmizi verəcəyik”

   Həmidə Ömərova:    “Seçki prosesinə töhfəmizi verəcəyik”
  22 Avqust 2024    Oxunub:828
“Seçkilərin əhəmiyyəti yalnız siyasi müstəvidə deyil. O, həm də milli mədəniyyətin, o cümlədən kino sənətinin inkişafına təkan verir. Bizlər sənət adamları olaraq, yeni formalaşacaq parlamentdən Azərbaycan kino sənətinin, ümumilikdə mədəniyyətin inkişafına təkan verə biləcək yeni qanunlar gözləyirik. Sentyabrın 1-də səsverməyə gedib seçki prosesinə öz töhfəmizi verəcəyik”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında görkəmli aktrisa, kinoşünas, Xalq artisti Həmidə Ömərova söyləyib.

Aktrisanın sözlərinə görə, bu seçkilər milli mədəniyyətimiz üçün də yeni bir dövrün başlanğıcıdır: “Kino sənəti hər bir xalqın özünüifadə vasitəsidir. Biz bu sahədə yeni layihələrə, yenilikçi yanaşmalara, dövlət dəstəyinə ehtiyac duyuruq. Aktyorlarımız, rejissorlarımız və kino sənətinin digər nümayəndələri üçün yeniliklər vacibdir. Ümid edirəm ki, yeni seçiləcək parlament bu məsələləri diqqət mərkəzində saxlayacaq,” - deyə Həmidə Ömərova fikrini yekunlaşdırıb.
AzVision.az



Teqlər:





Xəbər lenti