Əməkdar jurnalist: “Şuşada, Xankəndidə seçki qutularının quraşdırılması tarixi hadisədir”
O, Milli Məclisə seçkilərlə əlaqədar Şuşada, Xankəndidə və işğaldan azad olunmuş digər ərazilərdə seçki qutularının quraşdırılmasını tarixi hadisə sayıb: “İşğaldan azad olunmuş ərazilərimizdə nəinki seçki qutularını quraşdırmaq, öz doğma yurdumuza ayaq basmaq belə mümkün deyildi. Torpaqlarımız işğaldan azad edilməklə yanaşı, həm də tarixi ərazilərimizə sözün həqiqi mənasında nəfəs qayıdıb. Böyük Qayıdış proqramı çərçivəsində öz obalarına dönən keçmiş məcburi köçkünlər indi evlərindən çıxaraq deputatlarını seçəcəklər. Yerli sakinlər öz qayğılarını, problemlərini artıq öz yurdlarında dilə gətirəcəklər. Onlar paytaxtda və ya müvəqqəti yaşadıqları hansısa rayonumuzda deyil, Qarabağda deputatları ilə ünsiyyətdə olacaqlar. Bir sözlə, bu mühüm siyasi, tarixi anları ən çox keçmiş məcburi köçkünlər emosional şəkildə hiss edib yaddaşlarına həkk edəcəklər. Bu baxımdan indiki parlament seçkilərinin çox böyük özəlliyə malik olduğunu düşünürəm”.
Əməkdar jurnalist əlavə edib ki, Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa edərək quruculuq işlərini surətlə aparır: "İndi isə torpaqların əsl sahibləri seçki proseslərinə Qarabağdan qatılırlar. İzlədiyimiz bu mühüm hadisələr xalq olaraq bizi qürurlandırır”.
AzVision.az
Teqlər: Seçki