“ADY”nin tibb müəssisələri aidiyyəti dövlət orqanlarına verilib

“ADY”nin tibb müəssisələri aidiyyəti dövlət orqanlarına verilib
  22 Avqust 2024    Oxunub:1337
Nazirlər Kabineti “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında qərar qəbul edib.
AzVision.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, səhmdar cəmiyyətinin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi və Yol Sanitar-Karantin Müfəttişliyi Səhiyyə Nazirliyinin tabeliyinə, Həkim-Sanitar Xidmətinin tibb müəssisələri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə, Baknın Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Əncirli Uşaq Dəmir Yolu Xəstəxanasının yerləşdiyi əmlak kompleksi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilib.

ADY qərar icra olunduqdan sonra Həkim-Sanitar Xidmətinin qanunvericiliyə uyğun olaraq ləğv edilməsi ilə bağlı müvafiq tədbirlər görməli və Nazirlər Kabinetinə məlumat verməlidir. Qərarın ilk hissələri gələn il yanvarın 1-dən qüvvəyə minir. Bundan başqa, Maliyyə Nazirliyinə 2025-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri hazırlanarkən bu Qərardan irəli gələn maliyyələşdirmə məsələlərini nəzərə alması tapşırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti