Min seçki məntəqəsində vebkameralar quraşdırılıb

   Min seçki məntəqəsində vebkameralar quraşdırılıb
  22 Avqust 2024    Oxunub:1173
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə prosesində 1000 seçki məntəqəsində vebkameralar quraşdırılıb.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə olunub. MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, seçkilərə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından maksimum səviyyədə istifadə ediləcək.

Onun sözlərinə görə, artıq seçki sistemində 2008-ci ildən - 16 ildir vebkameralardan istifadə ənənəsi formalaşıb. O qeyd edib ki, bütün texniki addımların atılması və veb-kameraların siyahısının dərc olunması təmin ediləcək:

"Fevralın 7-də keçirilən prezident seçkilərində vebkameraların istifadəsi ilə bağlı təhlil məlumatlarına əsasən, vebkameralara internet üzərindən baxış sayı 468 mindən çox olub. Bunlardan 32 mindən çoxu ölkə xaricindən baxış idi. Ölkə xaricində ən çox vebkameraları ABŞ-dan, Türkiyədən, Böyük Britaniyadan izləyib".

AzVision.az


Teqlər:





Xəbər lenti