Hafiz Səfixanov: “Qarabağa seçki proseslərinin də qayıtması hər kəsi sevindirir”

   Hafiz Səfixanov:    “Qarabağa seçki proseslərinin də qayıtması hər kəsi sevindirir”
  22 Avqust 2024    Oxunub:1011
“Milli Məclisə keçirilən seçkilər Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edir. 2024-cü ilin fevralında ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə seçki keçirdik. Bu, azad olunmuş torpaqlarda, Qarabağda reallaşdırılacaq ikinci mühüm seçki prosesi olacaq”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

O qeyd edib ki, Qarabağa seçki proseslərinin qayıtması hər kəsi sevindirir: “Keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə səs verməsi tarixi hadisədir. Bu, həmin ərazilərdən Milli Məclisə seçiləcək şəxslər üçün ikiqat məsuliyyətdir. Sentyabrın 1-də baş tutacaq seçkilər xalqımız, dövlətimiz üçün uğurlu olacaq”.
AzVision.az



Teqlər:





Xəbər lenti