Taleh Mahmudov: "Qarabağda seçkilər qürbətdə yaşayan azərbaycanlıları da sevindirir"

   Taleh Mahmudov:    "Qarabağda seçkilər qürbətdə yaşayan azərbaycanlıları da sevindirir"
  22 Avqust 2024    Oxunub:751
“Biz qarşıdan gələn Milli Məclisə seçkilərə qatıla bilməsək də, Vətənimizdəki siyasi prosesi yaxından izləyirik”.
Bu sözləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Krasnoyarsk diyarı “Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri Taleh Mahmudov bildirib.

O qeyd edib ki, tarixi Zəfərimizin mühüm nəticələrindən biri də işğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə parlament seçkilərin keçirilməsidir: “Bu il fevralın 7-də suveren Azərbaycanda Prezident seçkiləri baş tutdu, sentyabrın 1-də isə parlament seçkiləri keçiriləcək. Bu xəbərə qürbət ölkələrdə yaşayan azərbaycanlılar da sevinir.

Seçkilərin azad və demokratik mühitdə keçiriləcəyinə inanıram. Əminəm ki, əhalimiz seçkilərdə aktiv iştirak edəcək və layiqli namizədlərinə səs verəcək”.
AzVision.az



Teqlər:





Xəbər lenti