Bakı və Daşkənd birgə layilər həyata keçirəcək
O qeyd edib ki, bu cür layihələrin təşviqi üçün 500 milyon ABŞ dolları məbləğində kapitala malik Azərbaycan-Özbəkistan birgə investisiya şirkəti uğurla fəaliyyət göstərir.
“Biz üçüncü ölkələrdə perspektivli layihələrdə iştirak məsələsi üzərində işləmək barədə razılığa gəldik. Biz həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (TBNM) də inkişaf etdirməklə, nəqliyyat əlaqələrini gücləndirmək üçün birgə səyləri davam etdirəcəyik”, – Özbəkistan lideri əlavə edib.
O qeyd edib ki, tərəflər regionlararası əlaqələrin potensialından maksimum istifadə etmək niyyətindədirlər: “May ayında Quba şəhərində regionlararası forum uğurla keçirilib. Biz regionlararası əməkdaşlıq üçün Yol Xəritəsinin qəbul edilməsi, növbəti forumun gələn il Kağan şəhərində keçirilməsi, paytaxtlarda turizm kompleksinin yaradılmasına qərar vermişik”, - Ş.Mirziyoyev vurğulayıb.
AzVision.az
Teqlər: